“Baku Fires” Dünya Boks Seriyasının yeni mövsümünün ilk görüşünə çıxacaq

“Baku Fires” Dünya Boks Seriyasının yeni mövsümünün ilk görüşünə çıxacaq
11:38 17 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 17 yanvar, Elxan Yusifli, AzərTAc
Yanvarın 17-də Azərbaycanın “Baku Fires” klubu Dünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşünə çıxacaq.
AzərTAc xəbər verir ki, komandamız saat 19:00-da Quba Olimpiya Kompleksində İtaliyanın “İtalia Thunder” kollektivi ilə qarşılaşacaq.
“Baku Fires” klubunun 49 kiloqramda çıxış edəcək boksçusu Məhəmməd İbiyevin rəqibi Patrik Barns Pekin və London Olimpiadalarının bürünc mükafatçısıdır. 56 kiloqramda təmsilçimiz Məhəmməd Qurbanov isə Maykl Konlan ilə ringə çıxacaq. “Baku Fires”in güclü boksçularından sayılan Heybətulla Hacəliyev (64 kq) “İtalia Thunder”in tanınmış üzvü Vinçenzo Mangiakapre ilə qarşılaşacaq. Dördüncü döyüşdə 75 kiloqramda çıxış edən təmsilçimiz Nikolay Veselov Salvatore Kavallaro ya qalib gəlməyə çalışacaq. Son görüş isə Əbdülqədir Abdullayev (91 kq) və Fabio Turçi arasında olacaq.
Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.
A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaqlar.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
“Baku Fires” ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_Dunya_Boks_Seriyasinin_yeni_movsumunun_ilk_gorusune_chixacaq-825499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR