"Report" İcra Hakimiyyətinə istinadən xəbər verir ki, turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına uyğun olaraq hər gün, pulsuz həyata keçiriləcək.

Gələcəkdə tələbat artarsa nəqliyyat vasitələrinin sayı artırılacaq.
"Bu marşurutun açılmasının əsas səbəblərindən biri Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır", - deyə qurum bəyan edib.
Xatırladaq ki, 2019-cu ildə Naftalana gələn turistlərin sayı rekord həddə - 40 min nəfərə çatıb. Bunun 40 %-i xarici turistlərdir.
