Türkiyədə güclü zəlzələdən sonra yanğınlar başladı - VİDEO

Türkiyənin Elazığ vilayətində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra güclü yanğın başlayıb.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, yanğın hündürmərtəbəli binanın sonuncu mərtəbələrini əhatə edib. Tələfat barədə məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır. Daha bir neçə tikilidə zəlzələnin səbəb olduğu fəsadlar nəticəsində yanğın baş verdiyi deyilir.

Xatırladaq ki, Elazığda baş verən zəlzələ nəticəsində azı 8 nəfər həyatını itirib. 300-ə qədər yaralı var. Dağıntılar altında çox sayda insanın qaldığı bildirilir.

Anar / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR