Milli komandamızın üzvləri Karate1 Premyer Liqa turnirinin medallarına sahib oldular

Milli komandamızın üzvləri İrina Zaretska (-68 kq) və Rafiz Həsənov (-67 kq) Parisdə Karate1 Premyer Liqa turnirinin medallarına sahib olublar.

Metbuat.az xəbər verir ki, bürünc medal görüşündə R.Həsənov Vinisius Fiqueyranı (Braziliya) 4:2 hesabı ilə məğlub edib. İ.Zaretska isə Feryal Abdelazezə (Misir) 3:0 hesabı ilə qalib gəlib.

İdmançılarımızın əvvəlki mərhələlərdə çıxışlarından nəticələri təqdim edirik.

Rafiz Həsənov

1. R.Həsənov - Əmir Mehdizadə (İran ) 2:1

2. R.Həsənov - Luka Mareska (İtaliya) 1:4

Təsəlliverici görüşlər

R.Həsənov - Marvin Qarin (Fransa) 4:3

R.Həsənov - Jihvan Li (Koreya) 2:0

Bürünc medal görüşü

R.Həsənov - Vinisius Fiqueyra (Braziliya) 4:2

İrina Zaretska

1. İ.Zaretska - Endrin Hilton (Norveç) 2:0

2. İ.Zaretska - Andriana Vasoviç (Serbiya) 8:0

3. İ.Zaretska - Qonq Li (Çin) 3:0

Yarım final

İ.Zaretska - Kayo Someya (Yaponiya) 5:0

Final

İ.Zaretska - Feryal Abdelazez (Misir) 3:0

Olimpiadaya lisenziya məqsədi ilə reytinq xalları qazandıran turnirdə 92 ölkədən 703 karateçi iştirak edibM


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR