Azərbaycan, Bakı, 21 may /Trend/

Biləcəri qəsəbəsi və Böyükşor yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Bu gün Biləcəri qəsəbəsinin bəzi küçələrində və Böyükşor yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq qismən məhdudlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Trend-ə verdiyi məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərinin yenidən rənglənməsi səbəbindən saat 11:30-dan axşam saat 17:00-dək tətbiq edilir.

Tərtib olunmuş qrafikə əsasən, Biləcəri qəsəbəsinin Natavan, Ordubadi, Ə.Qasımov və Y.Hüseynov küçələrində saat 11:30-da, Böyükşor yol qovşağında isə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri isə saat 12:00-da başlanılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az