Ötən gündən başayan anım mərasimində yüzlərlə insan iştirak edib. Binanın qarşısna gələnlərin, gül-çiçək, şam yandıranların ardı-arası kəsilmir. Bəzi insanlar körpələrə hörmət əlaməti olaraq özləri ilə oyuncaqlar da gətirib.
Onların arasında tanınmış simalar - Baloğlan Əşrəfov, Murad Dadaşov, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə və sairə məşhurlar da var. Ziyarətçilər bina qarşısında göz yaşı tökür, faciəli şəkildə ölənləri, xüsusilə uşaqları anırlar, dünyasını dəyişənlərin ruhuna dualar oxuyurlar.
Xatıradaq ki, may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər ölüb.




















Mənbə
ANS PRESS