Azərbaycanda ərə verilən azyaşlı qız öldü - TOYDAN SONRA - FOTO

Azərbaycanda ərə verilən azyaşlı qız öldü - TOYDAN SONRA - FOTO
15:48 29 Yanvar 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı rayon prokurorluğundan məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.(Qafqazinfo)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/303299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR