Azərbaycanlıların yaşadığı bölgə dəhşətli zəlzələ ilə sarsıldı -

İranın Urmiya vilayətində rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri yerin 12 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, son günlər bölgədə seysmik fəallıq olduqca yüksəkdir. İranda son 3 gün ərzində çox sayda zəlzələ baş verib.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR