2050-ci ilədək...

2050-ci ilədək...
23:05 29 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

2050-ci ilə qədər qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatında deyilir. Bildirilir ki, qlobal günəş enerjisinin gücü 2050-ci ilə qədər hər il 9 faiz artacaq. 2018-ci ildə 480 QVt olan qlobal günəş enerjisi gücünün 2050-ci ilədək 8000 QVt-a qədər artacağı proqnozlaşdırılır. 2050-ci ilədək dünyada yeni bazarlar formalaşdıqca qlobal elektrik enerjisi tələbatının dörddəbiri günəş enerjisi ilə təmin ediləcək. Xüsusilə Latın Amerikası və Karib dənizi bazarının 40 dəfədən çox artacağı gözlənilir.

Günəş enerjisi paylanmasını sürətləndirmək enerji qaynaqlı karbon tullantılarını 2050-ci ildə 21 faiz azalda bilər. 2050-ci ilədək Asiya qlobal quraşdırılmış günəş enerjisi gücünün 50 faizdən çoxuna, Şimali Amerika 20 faizinə, Avropa isə 10 faizinə sahib olacaq.

Proqnozlara nail olmaq üçün günəş enerjisinə illik investisiya qoyuluşları 2018-ci ildəki 114 milyard dollardan 2050-ci ildə 192 milyard dollara qədər artırılmalıdır.

Günəş enerjisi bazarı sənayedəki yeniliklər sayəsində sürətlə inkişaf edən bir sənaye olmaqda davam edəcək. Qlobal günəş enerjisi sənayesi məşğulluq qabiliyyətini 4 qat artıraraq 4,4 milyon nəfərdən 18 milyon nəfərə çatdırmaq potensialına malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR