Avropa Parlamenti “Brexit”i təsdiqləyib

Avropa Parlamenti (AP) Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair razılaşmanı təsdiqləyib (Brexit).

Metbuat.az xəbər verir ki, sənədi 621 deputat dəstəkləyib, 49-u əleyhinə, 13-ü bitərəf qalıb.

Sənədin rəsmi qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən formal olaraq təsdiq edilməsi lazımdır.

Bununla da Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-i tərk edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR