Xorvatiyanın futzal millisinin baş məşqçisi: "Azərbaycanla oyunda layiqli qələbə qazandıq"

Xorvatiyanın futzal millisinin baş məşqçisi: "Azərbaycanla oyunda layiqli qələbə qazandıq"
13:17 30 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Xorvatiyanın futzal millisinin baş məşqçisi Mato Stankoviç dünya çempionatının elit-raundunda Azərbaycan yığması ilə keçirdikləri oyun haqda danışıb.
"Report"un məlumatına görə, 50 yaşlı xorvartiyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında çətin qələbə qazandıqlarını bildirib.
"Çətin oyun olacağını gözləyirdik. Futzalda hər kəs bilir ki, Azərbaycan millisinin Azərbaycanla az əlaqəsi var. Heyət əsasən Azərbaycan, İran və braziliyalı futzalçılardan ibarətdir. Ona görə də belə duel olacağını bilirdik. Ancaq oyunun böyük hissəsində üstün tərəf biz idik. Müdafiədə keyfiyyətli oynamaqla layiqli qələbə qazandıq. Bununla belə, zəif rəqib yoxdur. Hər komanda bir-birini məğlub edə bilər. Eyni oyunu Slovakiya ilə görüşdə də davam etdirməliyik" - Stankoviç deyib.
Qeyd edək ki, Xorvatiyanın Osiek şəhərində təşkil olunan dünya çempionatının elit-raundunun ilk turunda meydan sahiblərinə 0:2 hesabı ilə uduzan Azərbaycan yığması bu axşam Rusiya ilə qarşılaşacaq. Stankoviçin rəhbərlik etdiyi komanda isə Slovakiya ilə üz-üzə gələcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/xorvatiyanin-futzal-millisinin-bas-mesqcisi-mato-stankovic-dunya-cempi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR