Peter Schiff: Bitcoinlərimi itirdim

Peter Schiff: Bitcoinlərimi itirdim
23:52 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Məşhur kriptovalyuta kritiki və Euro Pacific Capital-ın rəhbəri Peter Schiff bitcoin-cüzdanının parolunu itirib. Bu barədə Peter Schiff öz twitter hesabında "Mən elektron cüzdanın parolunu pin kodla səhv saldım. Blockchain cüzdanda yenilənmə olduqdan sonra mən hesabıma daxil ola bilmədim. Bahalı səhv idi! Bitcoinlərimi qaytara bilmədim. Problem cüzdanda yox, mənim pin kodu və cüzdanın şifrəsi ilə qarışdırdığımda oldu." yazıb.

Bir çox kriptovalyuta həvəskarları Peter Schiff-i bu elementar səhvə görə qınayıblar, bəziləri isə parolun bərpa edilməsi üçün ona kömək təklif ediblər. Lakin bitcoin kritiki bir daha kriptovlayutalar haqqında öz mənfi münasibətini bildirib. P.Schiff: "Cüzdanın parol və pin kodunu qarışdırdığım üçün çox adam mənə gülür. Səhv etdim və bu mənə baha başa gəldi. Bu vəziyyət cüzdanların necə işlədiyini başa düşmədiyiniz təqdirdə bitcoin itirməyin nə qədər asan olduğunu nümayiş etdirir. Hesab edirəm ki, bitcoin və pulu qarışdırmaq daha böyük səhvdir və bunu edənlər məndən daha çox itirəcəklər. "

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR