Ərdoğan açıqladı: Zəlzələ vaxtı bəzi alçaqlar...

Ərdoğan açıqladı: Zəlzələ vaxtı bəzi alçaqlar...
09:37 31 Yanvar 2020
164 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ və Malatya zəlzələləri ilə bağlı sosial şəbəkələrdə provokativ, ictimai fikri çaşdıran məlumatlar yayanları sərt şəkildə qınayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı sosial şəbəkələrin nəzarətsiz olduğunu və bu səbəbdən zərərli sahələrə çevrildiyini bildirib.

"Sosial şəbəkələr nəzarətsiz sahələr olaraq həyatımızın ortasına düşdü. Elazığ və Malatya faciələri yaşandığı bir vaxtda bəziləri alçaqcasına məlumatlar paylaşmaqda idi. Yalanın, təhqirin, həqarətin sürətlə yayıldığı bir vaxtda həqiqəti axtarmaq üçün Sinoplu Diogenin üsulundan daha çoxuna ehtiyacımız var. Hüquq-mühafizəsi orqanları lazımi addımları atmaqdadır", - deyə Ərdoğan bildirib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR