Məşhur müğənnidən konsertində hər kəsi ŞOKA SALAN HƏRƏKƏT - VİDEO

Məşhur müğənnidən konsertində hər kəsi ŞOKA SALAN HƏRƏKƏT - VİDEO
11:03 1 Fevral 2020
177 Şou
Ölkə mətbuatı
A- A+

Konsertində qeyri-etik ifadələr işlədən türkiyəli müğənni İrem Dericiyə qadağa qoyulub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz Kocaeli bələdiyyəsi tərəfindən təşkil olunan Kartepe Qış Festivalında “Kalbimin tek sahibine” mahnısını söyləyərkən bəstədə istifadə olunan mələklər sözündən sonra “burada olmayan mələklər mənim ... (red. söyüş) ”, – deyə ifa edib.

Bu ifadələrin yer aldığı video qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb və kəskin tənqid edilib. Məsələ ilə əlaqədar olaraq Kocaeli bələdiyyəsi açıqlama yayaraq İ. Dericiyə xəbərdarlıq edib: “İrem xanımın konsert vaxtı söylədiyi fikirlər cəmiyyət və bələdiyyəmiz tərəfindən qınanılıb. Bundan sonra təşkil olunan hansısa konsertdə ona yer verməyəcəyik”.

Bütün baş verənlərdən sonra İrem sosial mediada video paylaşaraq hər kəsdən üzr istəyib: “Mənim vokalistimin adı Mələkdir. O, bizimlə gələ bilmədi, başqa təyyarəyə minmişdi. Lakin çatdıra bilmədi. Odur ki, həmin ifadəyə yer verdim. 8 ildir səhnədəyəm. Hər zaman bu cür sözlərdən istifadə etmişəm. Mən dəyişə bilmərəm”.

İddia olunur ki, müğənni səhnəyə sərxoş halda çıxıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/303596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR