Qonşular Rusiyadan acıq çıxır

Qonşular Rusiyadan acıq çıxır
12:46 17 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan və Ermənistan arasında 2015-ci ildə müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. Bu, Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın başçılıq etdiyi nümayəndə heyətinin Tiflisə səfəri çərçivəsində baş tutub.

ANS PRESS-in məlumatına görə, Gürcüstanın müdafiə nazirinin müavini Levan Qirşiaşvili ilə keçirilən nümayəndə heyətlərinin görüşündə müdafiə sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Yekun olaraq 2015-ci ildə ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Səfər çərçivəsində erməni nümayəndə heyəti həmçinin müdafiə naziri Mindiey Canelidzeylə və Baş qərargah rəisi general-mayor Vaxtanq Kapanadze ilə də görüşüblər.

Ümumiyyətlə, görüşlərin detalları təfsilatı ilə açıqlanmaır. Amma o məlumdur ki, regionda o qədər də hərbi, siyasi və iqtisadi gücə sahib olmayan bu "mehriban qonşular"ı müdafiə sahəsində əməkdaşlığa sövq edən hərbi gücün artırılması deyil, Rusiyadan acıq çıxmaqdır. Çünki, daim Rusiya ilə hərbi sahədə əməkdaşlığa üstünlük verən Ermənistan birdən birə Gürcüstanla hərbi sahədə əlaqələri möhkəmləndirməyə üstünlük verir, müdafiə sahəsində əməkdaşlıq planı imzalayır.

Təbii ki, bu prosesə yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvünün Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülməsi təkan verib.

Rusiya isə hələlik bu "mehriban qonşular"ın davranışına münasibət bildirməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR