"Sabah" klubu yeni baş məşqçinin rəhbərliyi altında ardıcıl 5-ci məğlubiyyətlə üzləşib

"Sabah" klubu yeni baş məşqçinin rəhbərliyi altında ardıcıl 5-ci məğlubiyyətlə üzləşib
16:57 1 Fevral 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
"Report"un məlumatına görə, XV turun açılış matçında "Zirə" "Sabah" komandasını qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş oyunda qapılara 2 qol vurulub. Fasiləyə 1:0 üstün yollanan meydan sahibləri ikinci hissədə daha bir dəfə fərqlənməklə görüşdən 3 xalla ayrılıb. "Zirə"nin qollarına 45+1-ci dəqiqədə yeni transfer Ağabala Ramazanov və 78-ci dəqiqədə Riçard Qadze imza atıb.
Bu, "Sabah"ın Azərbaycan Kubokunun 1/4 final oyunları da nəzərə alınmaqla, ardıcıl 5-ci məğlubiyyəti olub. Jelko Sopiçin baş məşqçi olduğu kollektiv daha əvvəl Premyer Liqada "Qarabağ" (0:1) və "Neftçi"yə (0:2), kubokda isə "Qəbələ"yə hər iki matçda (0:3, 2:3) uduzub.
Qeyd edək ki, bu qələbədən sonra xalını 20-yə çatdıran "Zirə" klubu 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib 13 xala malik "Sabah" isə 6-cı pillədə qərarlaşıb. Bu komandalar arasında ilk iki dövrədəki görüşlərdə qalib müəyyənləşməmişdi - 1:1, 2:2.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sabah-klubu-yeni-bas-mesqcinin-rehberliyi-altinda-ardicil-5-ci-meglubiyyetle-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR