Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raundunda son oyununu keçirib.
Publika.az-ın məlumatına görə, təmsilçilərimiz Slovakiya yığması ilə qarşılaşıb. Oyun 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.