Peru kubokunda "Sayuz Perene" və "Piçanko" klubları arasında oynanılan görüşdə maraqlı epizod qeydə alınıb.

Metbuat.az-ın xəbərinə görə, hakim oyunun vaxtını uzadan qolkiperə sarı vərəqə göstərib. Qəzəblənən qapıçı arxadan gələrək referiyə təpik vurub və onu yerə sərib. Hakim xəstəxanaya aparılıb.

Həmin görüntünü təqdim edirik. Yaşıl meydanlarda belə epizodlara nadir hallarda rast gəlirik. Ona görə də baxmağa dəyər.