Avropa çempionatında iştirak edəcək Azərbaycan karateçilərinin adları bəlli olub

Avropa çempionatında iştirak edəcək Azərbaycan karateçilərinin adları bəlli olub
13:02 3 Fevral 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin 12-ci Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub. 
"Report" Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 7-də başlayacaq və üç gün davam edəcək yarışda nümayəndə heyətinə federasiyanın prezidenti Yaşar Bəşirov rəhbərlik edəcək. 
Kumite üzrə baş məşqçi Anar Allahverdiyev, böyük məşqçi Şahin Xudaverdiyev və qadınların baş məşqçisi Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov turnirdə 30 idmançıya etimad göstərib. 
14-15 yaşlı yeniyetmələrdə Məhəmməd Xamoyev (52 kq), Fərid Savadov (57 kq), Rumil Cəfərli (63 kq), Vahid Həsənov (70 kq), Elgün İmanquliyev (+70 kq), Aysu Əliyeva (47 kq), Suada Kərimova (54 kq), Arina Bezrebra (+54 kq), həmçinin Elcan Səmədzadə və Samirə Məmmədova (kata) çıxış edəcək.
16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (55 kq), Əminağa Quliyev (61 kq), Tale Yaqubov (68 kq), Fərid Ağayev (76 kq), Osman Osmanlı (+76 kq), Xumar Əlibəyova (48 kq), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq), eləcə də Həsənəli Həsənov və Zəhra Qurbanzadə (kata) tatamiyə çıxacaq.
18-20 yaşlı gənclərin yarışında Museib Məmmədov (60 kq), Hümmət Baxşəliyev (67 kq), Qasım İsgəndərov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61 kq), Zamirə Rzayeva (68 kq) və Ceyhun İsmayılov (kata) qüvvəsini sınayacaq.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov də heyətlə birgə Macarıstana ezam olunub. Yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatında 52 ölkədən 1155 idmançı mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionatinda-istirak-edecek-azerbaycan-karatecileri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR