Londonda bomba tapıldı

Londonun Soho kvartalının bir hissəsi II Dünya Müharibəsindən qalan mərminin tapılması səbəbiylə bağlanıb.

Metbuat.az-ın məlumatına görə, mərmi şəhərin qərbində ticarət-əyləncə mərkəzinin yaxınlığında yerləşən Soho otelinin yanında aşkarlanıb.

Bütün Soho otelinin, ticarət mərkəzinin, ətrafda olan restoran və dükanların müsafirləri polis maneələrindən kənara çıxarılıb. Hadisə yerinə partlayıcılar üzrə mühəndislər qrupu cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR