10 günə tikilən xəstəxana açıldı

Çinin Uhan şəhərində koronavirus səbəbiylə 10 gün ərzində inşa edilən xəstəxana istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, xəstəxana 1000 yerlikdir. 50 min kvadrat metr ərazidə inşa edilən 2 mərtəbəli binada, 30 təcili yardım şöbəsi var. Xəstəxanın tikintisində 7 min nəfər iştirak edib. Yerli mənbələrin məlumatına görə, xəstəxana lazımi ləvazimatlarla təmin edilib. 1400 həkim cəlb edilib. Virus təhlükəsi aradan qalxandan sonra bina yerlə bir ediləcək.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR