Ronalduya yubiley hədiyyəsi - "Geländewagen"

Ronalduya yubiley hədiyyəsi - "Geländewagen"
09:32 6 Fevral 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronalduya 35 illik yubileyi münasibətilə dostları və yaxınları yeni avtomobil hədiyyə edib.
"Report"un məlumatına görə, hədiyyənin təqdim olunduğu anları portuqaliyalı hücumçunun xanımı Corcina Rodriges şəxsi "Instagram"ında paylaşıb. O, videoya "Həyatımın kişisini təbrik edirəm" yazıb.
Ronaldu restorandan çıxışda böyük qırmızı sarğı ilə bəzədilmiş "Geländewagen" görüb. Təcrübəli forvard hədiyyəyə görə çox sevinib və onu portuqalca təbrik edən yaxınlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu klub səviyyəsində 27 oyuna 22 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadədir.

Посмотреть эту публикацию в Instagram

Felicidades al hombre de mi vida! Qué ganas de transportar nuestro amor en tu regalo 💝🏎 🎁 @cristiano #happybirthday

Публикация от Georgina Rodríguez (@georginagio)




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ronalduya-yubiley-hediyyesi-gel-ndewagen

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR