Balakən sakininin evində narkotik tapıldı

Balakən sakininin evində narkotik tapıldı
11:42 6 Fevral 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

Balakən sakininin evində narkotik vasitə aşkar edilib.
Bu barədə "Report" un Şimal-Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada ümumi çəkisi 375 qram narkotik vasitə olan qurudulan marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/balaken-sakininin-evinde-narkotik-tapildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR