“Barselona”dakı gərginlikdən Pike də danışdı

“Barselona”dakı gərginlikdən Pike də danışdı
18:42 7 Fevral 2020
271 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın müdadiəçisi Jerar Pike klub daxilindəki gərginliyə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında o deyib: "İndi hər komandada olan çirkli alt paltarları çıxarmaq vaxtı deyil. Onu deyə bilərəm ki, klubumuzda etimad yüksək səviyyədədir. Bu səs-küyə isə normal reaksiya veririk".

Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasındakı qalmaqala da toxunan Pike deyib: "Hamı bilir ki, kim özünü harada yaxşı aparıb, harada isə pis. İndi işləmək lazımdır, mövsümün sonu yaxınlaşdıqca günahı bir-birinin üzərinə atmaq yox. Bu, komandaya kömək etmir. Biz oyuna köklənməliyik. "Barselona" qələbə yoluna qayıtmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/824017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR