1 il şəkərsiz yaşadı, 15 yaş cavanlaşdı - "Baş ağrılarım getdi"

1 il şəkərsiz yaşadı, 15 yaş cavanlaşdı - "Baş ağrılarım getdi"
22:12 7 Fevral 2020
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şəkər şirin narkotik hesab olunur və asılılıq yaradır. Ondan imtina etmək hər kəsə nəsib olmur, çünki anadan olandan beynimiz onu tanıyıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiyada hazırda şəkərsiz həyatı təbliğ edən bloger qadın qənd, şəkərdən imtina etdikdən sonra orqanizmində nələrin baş verdiyini açıqlayıb.

"Hər şey "Şəkər" filminə baxdıqdan sonra başladı. Beynimə düşdü ki, arıqlamaq üçün şəkərdən imtina edim. Çünki 15 kq artıq çəkim var idi və mən pəhrizlə arıqlaya bilmirdim.

Şəkərdən imtina sadəcə evdə şəkər, qənd yeməməkdən ibarət deyil. Marketdən aldığımız 90% qidaların, hətta uşaq qidalarının tərkibində şəkər, siroplar var. Onlardan da uzaq durmaq tələb olunur.

Şəkərsiz dözmək çətindir, amma 6 ay dözsəniz, sonra demək olar, əvvəllər necə yaşadığınızı düşünüb peşman olacaqsız ki, niyə illər öncə bunu etməmişəm.

Şəkərsiz yaşamaq mümkündür. Sizin həyatınızda tort, konfet, şokolad, desert olmayacaq.

Artıq uşaqlarıma da şirniyyat almıram, yalnız nənələri gələndə gətirir və mən nənələrə demək istəyirəm ki, konfet şokolada verdikləri pula uşaq üçün oyuncaq, geyim, kitab, çoxlu lazımlı şeylər almaq olar. Şəkər yedikdən beyin həzz alır, sevinir və insan sevinci şirniyyatdan almağa öyrəşdiyindən həyatda baş heç nədən zövq ala bilmir. Halbuki yaşanılası o qədər xoş şirin şeylər var ki".

Qadın şirniyyat və şəkər əvəzi 75%-li tünd qara şokolad, əncir, zəncəfil, xurma qurusu və bal istifadə edirdi.

Yalnız yayda tərkibində şəkər az olan dondurma dadır.

1 il ərzində nə dəyişdi:

- Mən 17 kq arıqladım
- Mən daha gümrah, enerjili oldum
- Dərim,üzüm cavanlaşdı, əvvəlki şəkillərimdə 10 yaş yaşlı görünürdüm
- Rahat yatıb, rahat oyanıram

- Baş ağrılarım getdi və nadir halda ağrıyır
- İmmunitetim möhkəmlənib
- Xərclərim azalıb, başqa şeylərə pul əldə etdim

- Ağızda dad bilməm qayıtdı, əvvəl nə yeyirdim hiss etmirdim. İndi bir kiçik qənd ağzımda bütün şirinliyi ilə hiss olunur.

- Ürəyim şirni istəyəndə bir banan yeməklə kifayətlənirəm
- Həyatımda, işimdə çox şeylər düzəldi

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR