Hüseyn Paşayev: Parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb

Hüseyn Paşayev: Parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb
10:27 9 Fevral 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.

H.Paşayev bildirib ki, seçkilərin keçirilməsi elan olunduğu gündən MSK Seçki Məcəlləsinə uyğun olarq bütün zəruri tədbirləri yerinə yetirib:

"Bu gün səhər saat 08:00-dan seçki məntəqələri seçicilərin səs verməsi üçün açılıb. Hər kəs məntəqələrə gəlib sərbəst şəkildə istədiyi namizədə səs verə bilər. Seçki məntəqələrində yaradılan şərait seçkilərin yüksək səviyyədə keçirilmsinə tam imkan verir. Azərbaycanın artıq kifayət qədər demokratik seçki təcrübəsi mövcuddur".

H.Paşayev bildirib ki, bu ilki seçkilər öz aktiviliyi ilə əvvəlki seçkilərdən xeyli fərqlənir: "Bu il seçkilərdə iştirak edən namizədlərin sayı indiyə keçiriən seçkilərdəki namizədlərin sayından xeyli çoxdur. Eyni zamanda cəmiyyət də seçkiyə böyük maraq var. Bundan əlavə seçkilərdə beynəlxalq müşahdəçilərin, eyni zamanda onların təmsil etdiyi ölkələrin və təşkilatların sayı da xeyli artıb, dünyanın 58 ölkəsindən və 59 beynəlxalq təşkilatdan olan müşahidəçilər seçkilərdə iştirak edir. Bu, beynəlxalq aləmdə ölkəmizə olan marağın göstəricisidir".

Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına toxunan H.Paşayev bildirib ki, bu ilki seçkilər təşviqat mərhələsində də əvvəlki seçkilərdən fərqləndi: "Namizdələrin seçiciləri ilə görüçlər keçirməsi üçün MSK tərəfindən 256 açıq və qapalı yer müəyyən edildi. Namizədlər ən ucqar kəndlərdə belə seçiciləri ilə müntəzəm görüşlər keçirdi. Seçicilər də görüşlərdə aktiv şəkildə iştirak etd. Bütün bunlar seçkilərə böyük marağın olması ilə yanaşı Azərbaycanda demokratik inkişafın bariz nümunəsidir".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR