Türkiyənin basketbol klubunun avtobusu qəzaya düşdü, 13 nəfər xəsarət aldı

Türkiyənin basketbol klubunun avtobusu qəzaya düşdü, 13 nəfər xəsarət aldı
16:37 9 Fevral 2020
318 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin əlil basketbolçulardan ibarət "Malatya Böyükşəhər Bələdiyyəspor" komandası qəzaya uğrayıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, hadisə Diyarbakır-Mardin yolunda baş verib.

III liqanın C qrupunda yer alan komandanı "Mardin Qızıltəpə" ilə görüş üçün səfərə aparan avtobus güclü qar yağması səbəbindən yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü, 10 idmançı, baş məşqçi və bir klub nümayəndəsi xəsarət alıb. Yaralılar avtobusdan çıxarılaraq yaxın ərazidəki xəstəxanaya aparılıblar.

Qeyd edək ki, "Mardin Qızıltəpə" - "Malatya Böyükşəhər Bələdiyyəspor" matçı bu gün keçirilməli idi.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR