Koronavirusa yoluxmanın pik həddə çatacağı vaxt açıqlandı

Böyük Britaniya alimləri koronavirusun pik həddə yayılacağı vaxtı açıqlayıblar.

Metbuat.az xəbər verir ki, Londonda “Tropik xəstəliklərin Gigiyena və Tədqiqat Məktəbi” alimlərinin qənaətinə əsasən, bu, fevralın ikinci yarısında baş verəcək.

Virusla bağlı qeyri-müəyyənlik xəstəliyin kulminasiya nöqtəsinə çatacaq dəqiq tarixi deməyə çətinlik yaradır.

Tədqiqatçılar bildirir ki, yeni növ koronavirus Uhanda hər iyirmi nəfərdən birinə yoluxub.

“Xəstəliyin pik həddə çatacağı zaman Uhanda şəhər əhalisinin beş faizi də virusa yoluxacaq, bu da təqribən beş yüz min nəfər deməkdir”, - deyə mütəxəssislərdən biri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR