Təyyarə qəzasında sağ qalma riskini artıracaq bəzi məlumatları bilmək sizi ölümdən xilas edə bilər.

Publika.az həmin məlumatları təqdim edir.

1) Böyük təyyarə seçin

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT


Təyyarə nə qədər böyük olarsa, gövdəsi də bir o qədər zərbəyə davamlı olacaq. Bu da qəza zamanı ölüm riskini azaldır.

2) Düzgün geyim və ayaqqabıdan istifadə edin

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT

Kostyum və dikdaban qəza anında təyyarədən çıxmağınıza maneə törədə bilər.

3) Aşağı çəkililər və nisbətən azyaşlılar qəza anında daha şanslıdır

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT


ABŞ Federal Aviasiya İdarəsinin apardığı araşdırmaya görə, gənc və aşağı çəkili adamlar qəza anında təyyarədən sürətli şəkildə çıxa bilir. Yaşlı və kilolu şəxslər isə bu baxımdan nisbətən şanssızdır.

4) 3 və 8 qaydasına diqqət

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT

Uçuşun ilk 3 dəqiqəsi və enişdən öncəki son 8 dəqiqədə fövqəladə vəziyyətə hazır olmağa çalışın.

5) 90 saniyəniz var

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT


Qəza sonrası yanğından, tüstüdən xilas olmaq üçün 90 saniyəniz var.

6) Oksigen maskasını ciddiyə alın

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT


Oksigen çatışmazlığı 60 saniyədə ölüm yaradır. Odur ki, başqalarına kömək etməzdən əvvəl maskanızı taxmağı unutmayın.

7) Oturacağa diqqət edin

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT

Təcili çıxış qapısına ən yaxın oturacaq qəza əsnasında xilas olma şansınızı artıracaq.

8) Qulağınızı açıq saxlayın

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT


Təyyarədə səsləndirilən təhlükəsizlik məlumatlarına diqqət yetirin. Həmin informasiya qəza vəziyyətində təcili çıxış qapısını və ya təhlükəsizlik ləvazimatlarını tapmağınıza kömək olacaq.

9) Kəmərlərinizi bağlayın

Təyyarə qəzasında sağ qalmağınıza kömək olacaq 9 VACİB MƏLUMAT


Uçuş əsnasında kəmərinizin bağlı olduğuna əmin olun.

Məhərrəm Əliyev