ABŞ qoşunlarını İraqdan çıxarmağa başladı

ABŞ qoşunlarını İraqdan çıxarmağa başladı
19:05 10 Fevral 2020
266 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Əl Arabiya" televiziya kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu 15 bazanı tərk edir. Bağdad və Vaşinqton rəsmiləri hələ bu məlumatı şərh etməyiblər. 

Telekanal, həmçinin Fransa, Almaniya və Avstraliyanın İraq hökumətinə qoşunların ölkədən çıxarılması üçün sorğu göndərdiyini yazıb.

Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına qərar verib. Hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya və digər ölkələrin hərbi qüvvələri var. ABŞ bu qərardan məyus olduğunu bildirib.

Qoşunları çıxarmaq qərarı yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") "Quds" qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsində sonra qəbul edilib. Generalın aradan qaldırılması əmri şəxsən ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib. Vaşinqton öz hərəkətlərini bundan əvvəl beynəlxalq koalisiya və Amerika səfirliyinə bir neçə hücum təşkil edildiyini səbəb gətirərək özünümüdafiə kimi izah edib. Tehran generalın qətlini terror aktı adlandırıb və qisas alacağını vəd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR