Kiçik qızın xəyal dünyasından yaranan "Tərs ev" - FOTO

Kiçik qızın xəyal dünyasından yaranan "Tərs ev" - FOTO
08:12 12 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Uşaqlarla bərabər böyüklərin də istirahət üçün üstünlük verdikləri məkanlardan biri də son zamanların əyləncə dəbi olan "tərs ev"lərdir. Dünyanın bir çox bölgəsində belə evlərə rast gəlmək mümkündür. Onlardan bir neçəsi də İstanbuldadır.

Milli.Az bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri İstanbuldakı tərs evlərdən birində qonaq olub. Altı yaşlı bir qızın xəyalının həyata keçirmək məqsədilə atası tərəfindən hazırlanmış dünyanın qapalı məkandakı ən böyük "Tərs ev"i... Burada giriş qapısından başlayaraq hər bir şey tərsdir.

Bu barədə məlumat verən evin qurucusu Serkan Güner dizayn işlərinin tamamilə qızının istəyinə görə hazırlandığını və ziyarətçilər tərəfindən böyük marağa səbəb olduğunu bildirib. O, buranın ərsəyə gəlməsinin adi evdən daha baha başa gəldiyini də qeyd edib. Müsahibimiz bura gələn insanları düşündürən ilk məqamın evdə hər bir əşyanın olmasına baxmayaraq əllərindəki çanta, telefon kimi şəxsi əşyalarını qoymağa yer tapa bilmədiklərini deyir. S.Güner tərs evin İstanbula gələn turistlər tərəfindən də böyük maraqla qarşılandığını söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR