"Qadınlar ölkəsi" Ermənistanda, məhşur türk bloggerin gördükləri... -

Məhşur türkiyəli bloger Ruhi Çenet Ermənistandan maraqlı reportaj hazırlayıb.

Metbuat.az xəbər verir ki, İrəvana səfər edən türk bloger əhali arasında Xocalı soyqırımı ilə bağlı sorğu keçirib.

Paytaxt İrəvanda 1 həftə qalan blogger yerli əhali arasında Xocalı soyqırımı ilə bağlı da sorğu keçirib.

Ruhi Çenetin hazırladığı və Yutubda yarım milyona yaxın insanın izlədiyi videoreportajda işğalçı ölkənin hansı durumda olduğunu görmək mümkündür.

Xocalı soyqırımında özlərini müdafiə etməyə cəhd göstərən ermənilər, azərbaycanlılara və türklərə nifrət etdiyini söyləyiblər.

İşğalçı ölkədə iqtisadi və sosial vəziyyətin acınacaqlı olduğunu görmək mümkündür.

Ruhi Çenet əhalisinin 53%-i qadınlardan ibarət olan Ermənistanda kişilərin böyük əksəriyyətinin ölkə xaricində çalışdığını vurğulayıb. Məhz bu səbəbdən Ermənistan "qadınlar ölkəsi" olaraq adlandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR