Cücə sexində YANĞIN

Cücə sexində YANĞIN
13:54 17 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Siyəzəndə cücə sexində yanğın olub. Lent.az-ın Fövqəladə hallar nazirliyinin rəmi saytına istinadən xəbərinə görə, rayonun Beşdam kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 384 kv.m olan cücə sexinin tavanı 120 kv.m və çardağı 40 kv.m sahədə yanıb.

 

Yanğın zamanı sexin içərisində sayı məlum olmayan cücə tüstüdən boğularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR