Mikrofonu yerə tullayıb tamaşaçıya hücum çəkdi - VİDEO

Mikrofonu yerə tullayıb tamaşaçıya hücum çəkdi - VİDEO
18:17 13 Fevral 2020
Ölkə mətbuatı
A- A+

İngiltərənin məşhur "NME Awards 2020" tədbirində dava baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, repçi Slowthai "ilin qəhrəmanı" mükafatını götürmək üçün səhnəyə çıxıb. İfaçının çıxışı zaman tamaşaçılar arasından etiraz səsləri gəlməyə başlayıb. Bu zaman Slowthai mikrofonu yerə tullayaraq kənara çəkilib və çıxışını məhv etdiklərini deyib.

Daha sonra tamaşaçılardan biri mikrofonu götürərək ona atıb. Buna əsəbiləşən sənətçi səhnədən atılaraq sözügedən şəxsə hücum edib. Reper mühafizəçilərin köməyi ilə oradan uzaqlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR