Azərbaycanlı gimnast batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda finala çıxıb

Azərbaycanlı gimnast batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda finala çıxıb
11:47 15 Fevral 2020
180 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gimnast Fərid Mustafayev (tamblinq) batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalına çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, F.Mustafayev iki cəhdin nəticələrinə əsasən finala 60,9 xalla vəsiqə qazanıb.

Tamblinq üzrə Dünya Kubokunun finalına, həmçinin Avstraliya, ABŞ, RusiyaQazaxıstan idmançıları da çıxıblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/826157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR