MSK Elzanın şikayəti ilə bağlı

Milli Məclisə seçkilərlə əlaqədar 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd Elza Qasımovanın (Elza Seyidcahan) şikayətinə baxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında məlumat verilib.

Qərara alınıb ki, Elza Seyidcahanın şikayəti araşdırılması üçüb müvafiq dairə komissiyasına göndərilsin.

Xatırladaq ki, həmin dairə üzrə lider namizəd Sadiq Qurbanovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR