"Qarabağ"ın futbolçusu: “Klub və komanda yoldaşlarım ürəyimcədir”

"Qarabağ"ın futbolçusu: “Klub və komanda yoldaşlarım ürəyimcədir”
23:32 15 Fevral 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın XVII turunda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.
"Report" həmin müsahibəni təqdim edir:
- 6:0 hesablı qələbə qazandınız. Belə hesab gözləyirdiniz?
- Yaxşı hesabdır. Komanda üzərinə düşəni etdi. Danışılası çox da məqam yoxdur.
- Bir qol vurdunuz. Bu, özünəinam üçün önəmli idi?
- Şübhəsiz, istənilən qol adama özünəinam verir. Ümumi vəziyyətimi nəzərə alsaq, müntəzəm oynamaq imkanı qazanmıram, çox qol vurmuram və buna görə də çox önəmli oldu.
- Razısınız ki, Mahir Emreliyə rəqabətdə uduzmusunuz? Bunun səbəbi nədir?
- Son söz sahibi baş məşqçidir. İstənilən halda, onun qərarına hörmətlə yanaşırıq. Bu komandadayam. Nə vaxt ehtiyac duyulsa, kömək edəcəyəm.
- “Qarabağ”da özünüzü tapa bildiniz? Buraya gələndə asan olacağını düşünürdünüz?
- Hücumçudan hər kəs qol gözləyir. Fikrimcə, Türkiyədə yaxşı mövsüm keçirəndən sonra buraya gəlmişəm. Başqa liqadan gəlmişəm. Çempionat fərqi var. Uyğunlaşmaq üçün zamana ehtiyacın olur. İstənilən halda, komandaya kömək etməyə hazıram.
- Yayda “Qarabağ”da qalacaqsınız, yoxsa yeni klub axtarırsınız?
- Burda çox xoşbəxtəm. Klub və komanda yoldaşlarım ürəyimcədir. Heç bir problemim yoxdur. Bir illik müqaviləm qalıb.
- Çempionluq şanslarınızı necə görürsünüz? Artıq “Qarabağ”ı çempion sayanlar var.
- Futbolda necə olacağı bilinmir. Uğursuzluğa da düşə bilərsən. Belə olduqda komandalar səni keçə bilər. Hələ qarşıda oyunlar var və öz işimizi görməliyik.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-futbolcusu-klub-ve-komanda-yoldaslarim-ureyimcedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR