Koronavirusa görə təşvişə düşən soyğunçular tualet kağızlarını oğurladılar

Koronavirusa görə təşvişə düşən soyğunçular tualet kağızlarını oğurladılar
11:52 17 Fevral 2020
320 Dünya
Ölkə mətbuatı
A- A+

Honkonqda silahlı soyğunçular ölkədə koronavirusla əlaqədar yaranan istehlak malları çatışmazlığından təşvişə düşərək, 600 ədəd tualet kağızı rulonu oğurlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, soyğunçular dəyəri 130 dollar (221 manat) olan 50 bağlama tualet kağızı oğurlayıblar. 

Hüquq-mühafizə orqanlarından bildirilir ki, soyğunçulardan biri mağazaya basqın zamanı bıçaqla silahlanıb. 

Daha əvvəl Honkonq İstehlakçılar Şurasının baş direktoru vətəndaşları çoxlu miqdarda tualet kağızı almamağa səsləyib. Direktor xəbərdarlıq edib ki, iqlim şəraiti ilə əlaqədar tualet kağızları kiflənəcək və istifadəsi mümkün olmayacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR