Rusiya Mərkəzi: Suriyadakı silahlı qruplaşmalar ABŞ silahlarından istifadə edirlər

Rusiya Mərkəzi: Suriyadakı silahlı qruplaşmalar ABŞ silahlarından istifadə edirlər
08:32 19 Fevral 2020
192 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ qüvvələri tərəfindən verilən silahlar Suriyanın şimalında silahlı qruplşamalar tərəfindən Türkiyə hərbçilərinə, həmçinin mülki vətəndaşlara qarşı istifadə olunur.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri kontr-admiral Oleq Juravlyov deyib.

Bundan əlavə, onun sözlərinə görə, çətin humanitar vəziyyət və mülki vətəndaşların yaralanması və ölməsi ilə nəticələnən yaşayış məntəqələrinin silahlı qruplaşmalar tərəfindən davamlı atəşə tutulması fonunda, Suriyanın şimal-şərq bölgələrinin əhalisi kütləvi şəkildə yaşayış yerlərini tərk edir və Suriya hökumətinin nəzarətində olan ərazilərə köçürlər.

O.Juravlyov qeyd edib ki, 2020-ci ilin əvvəlindən yalnız Deyr-əz-Zor şəhərinin Salhiyah buraxılış məntəqəsindən təxminən 23 min suriyalı keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR