"Barselona"da təcili toplantı

"Barselona"da təcili toplantı
20:27 19 Fevral 2020
296 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın idarə heyəti klub haqda son günlər gedən söz-söhbətləri müzakirə etmək məqsədilə təcili iclas keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, toplantı bu gecə olacaq. İclasda klub prezidenti Xosep Bartomeu, 4 vitse-prezident, direktorlar şurasının katibi və baş direktor da iştirak edəcək.

Toplantıda "Barselona"nın prezident Josep Mariya Bartomeunun nüfuzunu qorumaq, həmçinin klubun bəzi keçmiş və hazırkı oyunçularını tənqid etmək  məqsədilə xüsusi şirkətlə əməkdaşlıq etməsi ila bağlı yayılan iddialar müzakirə ediləcək.

Qeyd edək ki, klubun sözügedən şirkətlə Lionel Messi, Jerar Pike və digər məhşur futbolçuların nüfuzunu aşağı salmaq məqsədi ilə əməkdaşlıq etməsi iddiası ortaya çıxmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/827261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR