Cəlilabadda iki minik avtomobili toqquşdu

Cəlilabadda iki minik avtomobili toqquşdu
21:12 19 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-iki-minik-avtomobili-toqqusdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR