Gülşən Rzayeva: “Yeni avtobusların gətirilməsi əmək bazarının keyfiyyətini artırır”

Gülşən Rzayeva: “Yeni avtobusların gətirilməsi əmək bazarının keyfiyyətini artırır”
09:02 21 Fevral 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

"Yeni avtobuslarda sürücülərin iş rejiminin qanunvericiliyin tələblərinə uyğun olmasına nəzarət edirik".
"Report" xəbər verir ki, bu sözləri İctimai TV-də "Diqqət mərkəzi"verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.
G.Rzayeva qeyd edib ki, "Bakubus" yaranandan sürücülər 8 saatlıq iş rejimi ilə işləyir:
"Onlarla əmək müqavilələri bağlanır. "Bakubus"da bir nəqliyyat vasitəsi üçün 2,7 əmsalı ilə sürücü təyin olunur. Bu, o deməkdir ki sürücülərin istirahəti də təmin olunur. 8 saatlıq iş rejimi avtobus sürücüsünü fiziki cəhətdən çox yormur. Əmək münasibətlərinin rəsmiləşdirilməsinə keçmək isə qeyri-formal məşğulluğun azaldılmasına gətirir, məşğulluğun artırılmasına səbəb olur. Yeni avtobuslar gətiriləndə onların saxlanılması və təmiri üçün müəyyən tələblər yaranacaq. Yeni avtobuslar yeni bacarıqlar gətirir ki, bu da əmək bazarının keyfiyyətini artırır. Bu, həm sürücülərin sosial-iqtisadi rifah halına xidmət edir, həm də BNA-nın qanunvericilik qarşısında vəzifələrinin icrasıdır".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/gulsen-rzayeva-yeni-avtobuslarla-bagli-danisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR