Ağdaşda heroin alverçisi saxlanıldı - FOTO

Ağdaşda heroin alverçisi saxlanıldı - FOTO
11:47 21 Fevral 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər sakini 40 yaşlı Teymur Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd kiçik sellofan bükümdə satış məqsədilə saxladığı 1,3 qram narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə T.Əzizovun yaşadığı evə də baxış keçirilib. Oradan ümumilikdə 15 ədəd sellofan və kağız bükümlərdə heroin və qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Anar Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə heroin aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR