Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi VAXT MƏLUM OLDU

Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi VAXT MƏLUM OLDU
14:32 21 Fevral 2020
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il ərzində respublika əhəmiyyətli 36, Bakı şəhərinin isə 12 rayon və qəsəbə yolunun abadlaşdırılmasına sərmayə qoyulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun ikinci texniki dərəcədən birinci texniki dərəcəyə keçirilməsidir:

"Bununla 4 hərəkət zolağına keçirilməsi layihəsinin bəzi lotlarda yekunlaşdırılmasını planlaşdırırıq. Həmçinin, bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq, Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək olan avtomobil yolunun Xaldan-Şəki hissəsinin 54 kilometrinin çəkilib başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometrlik hissəsinin ilin sonunadək çəkilməsi planlaşdırılır".

O qeyd edib ki, ən böyük layihələrdən Rusiya sərhədinədək uzanan avtomobil yolunun birinci texniki dərəcəyə uyğun, beton yola paralel olaraq, sərhədə qədər yolun 45-ci kilometrliyinədək çəkilib əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub:

"Bu yol ilk dəfə olaraq, ödənişli yol kimi istifadəyə veriləcək. Bu ilin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR