MSK-da iclas: Bu məntəqələrin nəticəsi LƏĞV EDİLDİ - YENİLƏNİB

MSK-da iclas: Bu məntəqələrin nəticəsi LƏĞV EDİLDİ - YENİLƏNİB
17:52 21 Fevral 2020
80 Ölkə
Ölkə mətbuatı
A- A+

17:51

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 1, 4, 6, 31-ci seçki məntəqələrində öz təsdiqini tapıb.

O bildirib ki, 1, 4, 6, 31-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

-------

16:47

Bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 91 Ucar seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 18 və 38-ci seçki məntəqələrində öz təsdiqini tapıb.

Onun sözlərinə görə, 18 və 38-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. 

Təklif səsə qoyularaq qəbul edilib.

----------

16:19

Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib. İclasda seçkilərlə bağlı müraciətlərə baxılır.

***

İclasda 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə bağlı daxil olan müraciət qanunla müəyyən olunan vaxtdan gec göndərildiyi üçün ərizəçiyə geri qaytarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/827756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR