Fevral ayının 29 da ABŞ və Taliban terror qruplaşması arasında atəşkəs sazişi imzalanacaq.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo açıqlama verib. Onun sözlərinə görə imzalanma mərasimi Qətərin paytaxtı Dohada baş tutacaq.Taliban ABŞ-la saziş imzalayandan sonra Əfqanıstan hökuməti ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, 18 ildir ABŞ və Taliban arasında gərginlik hökm sürür.