Messidən qol şousu -

Futbol üzrə İspaniya çempionatında bu gün “Barselona” öz meydanında “Eybar”ı qəbul edib.

Metbuat.az xəbər verir ki, görüş Kataloniya klubunun böyük hesablı qələbəsi ilə başa çatıb. “Barselona” rəqibinə beş cavabsız qol vurub. Qolların dördünü komandanın kapitanı Lionel Messi vurub.

“Barselona” - “Eybar” – 5:0
Qollar
: Messi, 14, 37, 40, 87, Artur, 89

Qeyd edək ki, çempionatda xalını 55-ə yüksəldən “Barselona” liderliyi ələ keçirib. “Real” 53 xalla 2-ci, “Xetafe” 42 xalla 3-cüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR