Türkiyədə daha bir güclü zəlzələ - RƏSMİ AÇIQLAMA

Türkiyədə daha bir güclü zəlzələ - RƏSMİ AÇIQLAMA
17:33 23 Fevral 2020
93 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən güclü zəlzələdən sonra günorta saatlarında daha bir yeraltı titirəyişlər qeydə alınıb.

Publika.az xəbər verir ki, bu dəfə zəlzələ Türkiyənin Manisa vilayətinin Akhisar şəhəri yaxınlığındakı Karaborklu qəsəbəsində qeydə alınıb. Türkiyənin rəsmi qurumlarının ildirdiyinə görə, yeraltı titrəyişlər episentrdə 4,8 bal olaraq qeydə alınıb.

Dağıntı və təlafat barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın Şial-qərbindəki Xoy şəhəri yaxınlığındakı zəlzələ Türkiyənin Van şəhərində 8 nəfərin ölümünə, 30-a yaxın şəxsin xəsarət almasına səbəb olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR