[ 22 May 2015 16:39 ]
Bakı – APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Belqradda ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ilə görüşüblər. APA-nın xəbərinə görə, bu barədə özünün “Twitter” səhifəsində amerikalı həmsədr Ceyms Uorlik yazıb. “Biz problemin sülh yolu ilə nizamlanması məqsədilə vasitəçilik prosesində birlikdə çalışa bilərik”, - deyə o, qeyd edib.
Görüşdə digər həmsədrlər İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşik, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Anjelo Qnedinger də iştirak edib. İ. Daçiç həmsədrlərə gördükləri işə görə minnətdarlığını bildirib.