Fevralın 24-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan Milli Karate Federasiyası (AMKF) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Karate Federasiyasından "Report"a verilən məlumata görə, sənədi AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev və AMKF-in prezidenti Yaşar Bəşirov imzalayıblar.
Y.Bəşirov yeni yaranan federasiyanın ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən, qurumlar arasında birgə tədbirlər təşkil ediləcək.
AİJF-in əsas hədəflərindən birinin ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliği olduğunu deyən Q.Mehdiyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.
İdman Jurnalistləri və Milli Karate federasiyaları əməkdaşlıq edəcək